3 Yanvar 2022 15:20
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan paytaxtı İrəvanda güclü yanğın baş verib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan İqtisadiyyat Nazirliyinin Milli İnnovasiya və Sahibkarlıq Mərkəzinin binasında yanğın başlayıb.

Yanğını söndürmək üçün xüsusi briqadalar prosesə cəlb edilib.

Hadisə zamanı ölən və yaralanan olmayıb, amma binaya ciddi ziyan dəyib.


Müəllif: Nemət