10 Yanvar 2022 20:42
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın cinayət işi məhkəməyə göndərilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat verib.

Bu cinayət işi üzrə David Tonoyanla yanaşı, Baş Qərargah rəisi Artak Davtyan, Baş Qərargah rəisinin eks-müavini Stepan Qalstyan, Müdafiə Nazirliyinin Aviasiya İdarəsinin sabiq rəisi Avetik Muradyan və s. şəxslər də təqsirləndirilir.

Faktla bağlı 6 maddə üzrə cinayət işi açılıb.


Müəllif: Teleqraf.com