20 Yanvar 2022 08:05
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın İstintaq Komitəsi ikinci Qarabağ müharibəsi zamanı ölən və itkin düşənlərin sayı ilə bağlı yenilənmiş məlumatları təqdim edib. Məlumata görə, işğalçı ölkənin ikinci Qarabağ müharibəsindəki insan itkisinin sayı 3 809 nəfərdir.

Teleqraf.com xəbər verir ki, müharibə vaxtı 200-ə yaxın hərbçi itkin düşüb.

Qeyd edək ki, Ermənistan Azərbaycan ərazilərində müharibə vaxtı itkin düşmüş hərbçilərinin axtarışlarını davam etdirir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 706 nəfərə çatıb.


Müəllif: Teleqraf.com