24 Yanvar 2022 12:51
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamenti respublika prezidenti Armen Sərkisyanın istefa verməsinə dair bəyanatı ilə tanışdır.

Teleqraf.com xəbər verir ki, bunu parlamentin sədri Alen Simonyan bu gün keçirilən iclasda bildirib.

Simonyanın sözlərinə görə, parlament hazırkı reqlamentə əsasən, istefa ərizəsi dərc edildikdən sonra bir həftə ərzində istefa verən müvafiq vəzifəli şəxs onu geri götürərsə (yazılı), o zaman parlament bunu qəbul edəcək:

“Yox, əgər vəzifəli şəxs istefa ərizəsini geri götürməsə, o zaman parlament reqlamentinə əsasən, onun səlahiyyətlərinə xitam verilməsi haqqında protokol tərtib olunacaq və bu protokol spiker tərəfindən imzalanaraq dərc olunacaq. Protokol dərc edildiyi andan istefa qəbul edilmiş hesab olunur”.

Qeyd edək ki, yeni dövlət başçısı vəzifəsinin icrasına başlayana qədər onun səlahiyyətlərini parlament sədri icra edəcək. Yeni prezidenti də parlament seçəcək.

Bildirək ki, Ermənistan prezidenti Armen Sərkisyan ötən gün axşam saatlarında istefa verib. O istefasına səbəb kimi daxili və xarici siyasətə təsir alətlərinin olmamasını göstərib.


Müəllif: Nemət

Oxşar xəbərlər