1 Fevral 2022 18:10
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan İstintaq Komitəsi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin istehkam məntəqəsində döyüş növbətçiliyi qaydalarının pozulması nəticəsində ağır nəticələrə səbəb olan hadisəyə dair faktla bağlı araşdırılan cinayət işi üzrə ibtidai istintaqı başa çatdırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, istintaqla müəyyən edilib ki, mayor G.G. 16 noyabr 2021-ci il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tabor komandiri vəzifəsini icra edərək, həmin taborun tabeliyində olan müdafiə sahəsinə cavabdeh olaraq, taborun mühafizə sektorunda döyüş növbətçiliyinə cəlb olunaraq həmin batalyonun komandir müavini mayor N.E-ni döyüş növbətçiliyinə təyin edib. Müqaviləli hərbi qulluqçu, döyüş mövqeyində gözətçi kimi xidmət etmiş sıravi S.M-nin döyüş növbətçiliyi qaydalarını pozması ağır nəticələrə səbəb olub. Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Komanda müşahidə məntəqəsi olan istehkam mövqeyini nəzarətinə keçib. Bu zaman döyüş vəziyyətində olan 21 hərbçidən 13-ü əsir götürülüb, iki nəfərin - Taron Civanoviç Saakyan və Arsen Senikoviç Qasparyanın cəsədi isə 2021-ci il noyabrın 17 və 19-da Ermənistan tərəfinə verilib.

Əsir düşən 8 əsgər sonradan Ermənistan tərəfinə qaytarılıb, daha 3 hərbi əsir hələ də Azərbaycan Respublikasındadır.

Cinayət işi çərçivəsində G.G., N.E. və S.M. cinayət əməlini törətməkdə ittiham olunur. Onlar barəsində Ermənistan Respublikası Cinayət Məcəlləsinin 365-ci maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd olunan üç şəxs barəsində ibtidai istintaq başa çatdırılmış, cinayət işi ittiham aktının təsdiq edilməsi və məhkəməyə verilməsi barədə vəsatətlə prosessual nəzarəti həyata keçirən prokurora göndərilib. 27 yanvar 2022-ci ildə cinayət işi ittiham aktı məhkəməsinə təqdim olunub.


Müəllif: Nemət

Oxşar xəbərlər