“Ermənistan hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən konstitusiya islahatları Türkiyə və Azərbaycanın beşinci tələbini təmin etmək məqsədi daşıyır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Naira Zohrabyan deyib.
“Mərcə gələ bilərəm ki, konstitusiya islahatları konstitusiyanın preambulasının dəyişdirilməsinə və Müstəqillik bəyannaməsinə istinadın aradan qaldırılmasına yönəlib. Konstitusiya dəyişən kimi biz bunu görəcəyik”, - Zohrabyan bildirib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti (Baş nazir Nikol Paşinyan) bununla Türkiyə və Azərbaycanın beşinci tələbini təmin edəcək.
Naira Zohrabyan bununla Ermənistan konstitusiyasından Azərbaycan və Türkiyə qarşı ərazi iddialarının çıxarılacağına eyham vurub.