17 May 2022 11:35
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının 4-cü iclasının keçiriləcəyi Brüsselə işgüzar səfər edəcək.

Teleqraf.com xəbər verir ki, görüş zamanı tərəflər Ermənistan-Avropa İttifaqı Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin və iqtisadi və investisiya proqramının icrasına, o cümlədən demokratiya, insan haqları və qanunun aliliyi sahələrində əməkdaşlığa toxunacaqlar.

Görüşdə, həmçinin, ticarət-iqtisadi əməkdaşlığın başlanması perspektivləri və viza rejiminin liberallaşdırılması üzrə dialoq ətrafında fikir mübadiləsi aparılacaq. Qarabağ məsələsi və regional təhlükəsizliklə bağlı məsələlər müzakirə olunacaq.

Ermənistan nümayəndə heyətinə ölkənin xarici işlər naziri Ararat Mirzoyan, Aİ nümayəndə heyətinə isə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel rəhbərlik edəcək.

Səfər çərçivəsində Ermənsitan XİN rəhbəri Aİ rəsmiləri ilə görüşlər keçirəcək.


Müəllif: Səxavət