20 May 2022 13:08
1 987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistana rəsmi səfərə gələn Litva Prezidenti Gitanas Nauseda İrəvanda qondarma erməni soyqırımı abidəsinə baş çəkib.

Teleqraf.com xəbər verir ki, onu İrəvan meri Qraçya Sərkisyan müşayiət edib.

Nauseda “erməni soyqırımı qurbanları”nın abidəsi önünə əklil qoyub.

Dünən axşam saatlarında Ermənistan müxalifəti Gitanas Nausedanın qaldığı “Aleksandr” mehmanxanasının önündə etiraz aksiyası keçirib. Etirazçıların oteli mühasirəyə aldıqları bildirilib.

Qeyd edək ki, Litva prezidenti bundan əvvəl Azərbaycanda səfərdə olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər