25 May 2022 17:37
3 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün bildirib ki, erməni müxalifətinin hərəkətlərinin siyasi əhəmiyyəti artıq tükənib.

Teleqraf.com-un xəbərinə görə, Paşinyan bunu parlamentdə sual-cavab zamanı bildirib.

O qeyd edib ki, baş verənlərin əsas mənası 2021-ci ildən qisas almaqla növbədənkənar parlament seçkilərinin nəticələrinə görə cəmiyyətə maksimum narahatlıq yaratmaqdır.

“Bir aydan artıqdır ki, Ermənistan müxalifəti bütün mümkün siyasi vasitələr və hərəkətlərlə öz mesajını ictimaiyyətə çatdırmaq imkanı əldə edib. Belə aksiyaların keçirilməsində məqsəd ictimaiyyəti prosesə cəlb etmək və konkret siyasi tələb formalaşdırmaqdır. Aydındır ki, bu alınmadı. Bu proseslər artıq hakimiyyətə deyil, ictimaiyyətə qarşıdır və belə bir məntiq var: “Əgər siz bizə qoşulmasanız, nə qədər tıxacda qalsanız, biz sizin üçün bir o qədər çox narahatlıqlar yaradacağıq”, - deyə o bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər