30 May 2022 13:40
1 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda Ermənistan hökumətinin üçüncü binası qarşısında polislə “İtaətsizlik” hərəkatının iştirakçıları arasında toqquşma baş verib.

Teleqraf.com xəbər verir ki, toqquşmada bir neçə şəxs xəsarət alıb.

Etirazçılardan biri ayağından yaralanıb, polislərdən birinin səhhəti pisləşib.

Qeyd edək ki, etirazçılar parlamentin iki müxalifət fraksiyasının deputatlarının içəri daxil olmaq istədikləri hökumətin üçüncü binasına doğru yürüş ediblər. Polis rəisinin müavini Kamo Tsotsulyan deyib ki, nazirlərlə deputatları qəbul etməyə hazır olub-olmadığını öyrənəcək, bundan sonra müxalifət deputatlarının binaya daxil olmasına icazə veriləcək.

Bir müddət sonra vəziyyət gərginləşib, etirazçılar polislərə hücum ediblər. Sonuncular müqavimət göstərə bilib və etirazçıları binaya buraxmayıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər