“Hay Dat”ın Hollandiyadakı ofisinin rəhbəri Masis Abramyan Ermənistanda “persona non-qrata” elan edilib.
Teleqraf.com xəbər verir ki, hazırda Abramyanın İrəvandakı Zvartnots hava limanında olduğu, ölkəyə buraxılmadığı bildirilib.
Bu barədə isə hüquq müdafiəçisi Ruben Məlikyan məlumat verib.
O, Abramyanın öz ölkəsində hansı səbəbdən “arzuolunmaz şəxs” elan edildiyini bildirməyib.
Hüquqşünas onun yaxın saatlarda Ermənistandan deportasiya ediləcəyini deyib.