Ötən gün İrəvanda “Surmalu” ticarət mərkəzində güclü partlayış nəticəsində baş verən yanğın tam nəzarət altına alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan daxili işlər nazirinin müavini Davit Ambaryan açıqlama verib.
Nazirlik rəsmisi yanğının tez alışan materialların yerləşdiyi anbardan başladığını bildirib:
“Tez alışan materiallarla məşğul oluruq. Bu materiallar çox tez alovlanır. Hazırda partlayış riski yoxdur, amma bu kimi materialların alovlanması ehtimalı var. Anbarda saxlanılan tez alışan materialların çıxarılması ilə məşğuluq. Yanğında əsasən anbarda baş verib”.
Ambaryan bildirib ki, hazırda dağıntı altında qalan 15 şəxs axtarılır.
Dünən ticarə mərkəzində baş verən partlayışda 6 nəfər ölüb, 60-ı yaralanıb.