“Amerikalı siyasətçilər bu dəfə də seçilmək üçün erməniləri “yeni vədlər”lə aldadacaqlar”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.
“Noyabrın 8-də ABŞ-da aralıq seçkilər keçiriləcək. Konqres indi tamamilə Demokratların əlindədir. Noyabrın 8-də keçiriləcək seçkilər Respublikaçılar və Demokratlar arasında ölüm-dirim döyüşü olacaq. Çünki bunun nəticələri 2024-cü il prezident seçkiləri üçün ciddi əsaslar yaradacaq.
ABŞ-da 1 milyona yaxın erməni seçici var. Demokrat administrasiya və qanunverici orqan hər bir erməninin səsi üçün mübarizə aparacaq. Onlar ermənilərin səslərini əldə etmək üçün yenə bizi xatırlayacaqlar. Yenə də soyqırımının (qondarma – red.) “tanınması faktı”nı yada salacaqlar, “yeni vədlər” verəcəklər. Birinci isə Nensi Pelosi gələcək” – Sərkisyan qeyd edib.
Ekspert amerikalı siyasətçilərin bu dəfə də səslərini almaq üçün “yeni vədlər”lə erməniləri aldadacaqlarını bildirib.