Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-a işgüzar səfərə gedib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 5-də ABŞ-a işgüzar səfərə gedib”, - məlumatda deyilir.
Nazirin ABŞ-a səfərinin məqsədi və proqramı açıqlanmayıb.