7 Sentyabr 2022 14:03
1 910
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın təhlükəsizlik üzrə əsas tərəfdaşı olan Rusiyanın əsas diqqətini Ukrayna ətrafındakı vəziyyətə yönəltməsi regionumuzda sabitliyin pozulması ilə əlaqədar qorxu yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Regionumuz çətin günlərini yaşayır. Burada uzun müddətdir mövcud olan çətinliklər ortaya çıxır və ya kəskinləşir. Bunlar, ilk növbədə, təhlükəsizliklə bağlı problemlərdir. Bu, bütün dünya ictimaiyyətinin, xüsusən də Ermənistanın strateji tərəfdaşı olan Rusiyanın diqqətinin Ukrayna ətrafındakı vəziyyətə yönəldiyi indiki vəziyyətlə əlaqədardır. Bu, regionumuzda sabitliyin pozulması ilə bağlı spesifik qorxulara səbəb olur”, - Paşinyan qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər