Ermənistanın paytaxtı İrəvanda silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, Malatiya-Sebastiya inzibati rayonunda, Serentsi küçəsində yerləşən qızıl bazarının arxasındakı anbarda atışma zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.
Ərazidə çoxlu sayda tüfəng, tapança patronları və qan izləri, üzərində güllə izləri olan “Lexus” və “Mercedes” markalı avtomobillər aşkar edilib.