28 Sentyabr 2022 12:42
1 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistana Rusiyanın əlinə keçəcək silahları verə bilmərik”.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı konqresmen Ceki Speyer “Amerika Erməni Komitəsi”nin (ANCA) təşəbbüsü ilə keçirilən görüş zamanı deyib.

“Konqresmenlərimizin hazırladıqları qətnamələr xüsusi xarakter daşıması və Azərbaycana mesaj vermək baxımından vacibdir. Bundan başqa, ABŞ hökumətinin Ermənistana hərbi dəstək verməyə hazır olması da az əhəmiyyət kəsb etmir, amma biz Ermənistana Rusiyanın əlinə keçəcək silahları verə bilmərik. Ona görə də müəyyən mənada əlimiz bağlıdır”, - Speyer bildirib.

Konqresmen Ukraynanı misal çəkərək ümid etdiyini bildirib ki, Ermənistan da bu ölkənin yolu ilə gedəcək və Rusiyaya müqavimət göstərəcək.

Erməni əsilli Speyer Ermənistanı “vətən”i hesab etdiyini bildirib və bu ölkənin SSRİ dönəminə qayıtmasını istəmədiyini söyləyib.

.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər