Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-a işgüzar səfəri zamanı Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) qərargahında görüşlər keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Vaşinqtona səfəri çərçivəsində Mərkəzi Kəşfiyyat İdarəsinin Lenqlidəki qərargahında işgüzar görüşlər keçirib”, - məlumatda deyilir.