NATO-nun Təkmil Hərbi Təhsil Proqramı (DEEP) çərçivəsində Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti ABŞ-ın bir sıra təhsil müəssisələrində olub.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın İrəvandakı səfirliyi bidirib.
“Ermənistan nümayəndə heyətinin üzvləri ABŞ-da olduqları müddətdə West Point Hərbi Akademiyasında, ABŞ Ordusunun Hərbi Kollecində, Milli Müdafiə Universitetində və Ordu Qərargahında həmkarları ilə görüşüblər”, - məlumatda qeyd edilib.
Səfirliyin məlumatında vurğulanır ki, Birləşmiş Ştatlar dövlətlərimizi qorumaq üçün nüfuzlu liderləri yetişdirmək üçün Ermənistanla işləməyə hazırdır.