24 Oktyabr 2022 18:00
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda ümumi doğum əmsalı 1,65 təşkil edir və bu, iyirmi ildən artıqdır əhalinin sadə təkrar istehsalından xeyli aşağıdır. Bu göstərici qonşu ölkələrlə müqayisədə aşağıdır: məsələn, Azərbaycanda doğum səviyyəsi 1,86, Gürcüstanda isə 1,75-dir.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə İrəvan Tibb Universitetinin rektoru Armen Muradyan bildirib.

O bildirib ki, Ermənistandakı demoqrafik vəziyyət öz əhəmiyyətinə görə, mümkün qədər tez həll edilməli əsas problemlərdəndir:

“Doğum nisbəti əhali artımının açarıdır. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (UNDESA) son hesabatı göstərir ki, məhsuldarlığın azalması qlobal xarakter daşıyır. Dünya əhalisinin 2/3-si ümumi məhsuldarlıq səviyyəsinin 2,1 həddindən aşağı olduğu ölkələrdə yaşayır. Ermənistanın daxil olduğu Avropa regionunda bu göstərici 1,5-dir”.

Muradyan deyib ki, Ermənistanda ümumi doğum əmsalı 1,656 təşkil edir. İyirmi ildən artıqdır ki, bu, əhalinin sadə təkrar istehsalından xeyli aşağıdır və bu əhalinin təbii azalması nöqteyi-nəzərindən təhlükəlidir.

Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Ermənistanda 36585 uşaq doğulub, bu rəqəm əvvəlki illərlə müqayisədə bir qədər çox, lakin 2017-ci illə müqayisədə 1115 uşaq azdır. 2000-ci illərdəki qısa dövr istisna olmaqla, mənfi dinamika 30 ildən artıqdır saxlanılır. 2021-ci ildə doğulanların sayı 1990-cı ildəki doğumların sayından 2,2 dəfə azdır.

BMT DESA-nın proqnozlarına görə, 2050-ci ildə Ermənistanda yeni doğulanların sayı 2400-ə düşə bilər, ümumi doğuş əmsalı isə 1,6 olacaq.


Müəllif: Nemət

Oxşar xəbərlər