Avropa İttifaqınin Ermənistandakı müşahidəçiləri Azərbaycanla sərhəddə ilk müşahidələrə başlayıb.
Teleqraf.com erməni mediasına istinadən bildirir ki, bu barədə Aİ Təhlükəsizlik və Müdafiə Xidmətinin Tvitter mikrobloqunda yayılan məlumatda deyilir.
“Növbəti iki ay ərzində Aİ-nin monitorinq missiyası etimadın möhkəmləndirilməsi və sərhəd məsələləri üzrə komissiyaların işini təşviq etmək məqsədilə Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfindəki vəziyyətə nəzarət edəcək”, - məlumatda deyilir.