10 Noyabr 2022 14:17
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan Ermənistana öz istehsalı olan 155 mm-lik “ATAGS” adlı haubitsa tədarük edəcək.

Teleqraf.com “The Hindu”ya istinadən xəbər verir ki, bu hərbi texnikanı “Bharat Forge Ltd” şirkətinin törəməsi olan “Kalyani Strategic Systems Ltd” firması sifariş edib.

Bildirilib ki, bu, Hindistan tarixində belə artilleriya sistemlərinin ilk ixracıdır.

Məlumata görə, müqavilənin məbləği 150 milyon dollardır, əməliyyat üç il ərzində həyata keçiriləcək.

Vurğulanıb ki, “ATAGS” artilleriya qurğuları 48 km-lik hədəfi vura bilir.

Qeyd edək ki, bu, iki ölkə arasında ilk müdafiə sazişi deyil. Bundan əvvəl Hindistanın “Solar Group” şirkəti “Pinaka” reaktiv yaylım atəş sistemlərinin alınması ilə bağlı müqavilənin bağlandığını elan etmişdi. Məlumata görə, Ermənistan da bu sistemin ilk alıcısı olacaq.

Müqavilə çərçivəsində Sovet-Rusiya modeli olan tankəleyhinə “Konkurs” raketinin alınması haqqında da müzakirə aparılıb. Bundan əvvəl Hindistanın “The Economic Times” nəşri 260 milyon dollar dəyərində silahlardan bəhs edildiyini bildirmişdi. Bundan başqa, 80 mm-lik artilleriya qurğularının, boş mərmilərin və “Akaş” zenit-raket kompleksinin alınmasına dair müzakirə aparıldığı da qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər