2021-ci il dekabrın 10-da Ermənistan ordusunun əsgəri Senik Arzumanyanın ölümü və daha iki nəfərin yaralanması ilə bağlı iş üzrə ibtidai istintaq başa çatıb, daha iki hərbçiyə qarşı ittiham irəli sürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İstintaq Komitəsi baş verənlərin bəzi təfərrüatlarını açıqlayıb. Müəyyən edilib ki, 2021-ci il dekabrın 10-da saat 19:30 radələrində hərbi hissələrdən birinin hərbi qulluqçuları arasında mübahisə yaranıb, bu zaman müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu “AKM” markalı avtomatdan əsgər yoldaşlarına atəş açıb. Çağırışçı Arzumanyan ölümcül yaralanıb, daha iki əsgər isə müxtəlif güllə yaraları ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı daha iki əsgər isə Ermənistan Cinayət Məcəlləsinin 521-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə (Hərbi qulluqçular arasında tabelik münasibətləri olmadıqda, onlar arasında münasibətlərin nizamnamə qaydalarını pozma) ilə ittiham olunub.