1 Dekabr 2022 17:50
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni mediasında İrəvanla Budapeşt arasında münasibətlərin mümkün bərpası ilə bağlı məlumatlar yayılmaqda davam edir.

Teleqraf.com xəbər verir ki, belə məlumatlarda əsasən diplomatik mənbələrə istinad edilir.

Mənbənin məlumatına görə, Lodzda ATƏT Nazirlər Şurasının iclası çərçivəsində Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Szijarto arasında görüş keçiriləcək.

Xatırladaq ki, Azərbaycan ordusunun zabiti Ramil Səfərovun ölkəmizə ekstradisiyasından sonra Ermənistan Macarıstanla diplomatik münasibətləri dayandırıb.


Müəllif: Nemət