Ermənistanın Gümrü şəhərində yaşayış binalarından birində qətl hadisəsinin baş verməsi barədə polisə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, polis olayın baş verdiyi mənzildə kirayədə yaşayan Rusiya vətəndaşı 37 yaşlı Yekaterina B-nin meyitini aşkar edib.
Meyitin üzərində zorakılıq izlərinə rast gəlinib. İlkin rəyə görə, 37 yaşlı rəqqasə qadın boğularaq həyatını itirib.
Qurbanın və onu öldürən şəxsin kimliyi olay yerindəcə məlum olub.
Ermənistanda nəşr olunan “Past” qəzeti rəqqasənin Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbçisi tərəfindən qətlə yetirildiyini yazır. Müqaviləli hərbçinin 20 yaşında olduğu bildirilir.