12 Yanvar 2023 10:40
2 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

“KTMT-nin Ermənistandakı təlimlərindən imtina etməmizə səbəb hazırda Laçın dəhlizində baş verənlərdir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Aleksandr İskəndəryan deyib.

“Düşünmürəm ki, bu, Rusiya Federasiyasının mövqeyinə böyük təsir göstərəcək. Ötən il də oxşar hadisə yaşanıb. Qırğızıstan Tacikistanla toqquşmadan sonra belə etdi”, - İskəndəryan bildirib.

Onun sözlərinə görə, hazırda Rusiyanın belə demarş üçün heç bir əsası yoxdur: “Münasibətlərin ciddi şəkildə dəyişməsi mümkün deyil. Erməni elitaları hesab edirlər ki, bu, Rusiyanın davranışına təsir etmək yollarından biridir”.

O əmindir ki, heç kim Ermənistanın İttifaq dövlətinə daxil olmasını nəzərdə tutmur:

“İttifaq dövləti Rusiya Federasiyasının köməyi ilə Belarusun maliyyə vəziyyətini uyğunlaşdırmaq üçün Rusiya Federasiyası və Belarus büdcələri arasında münasibətlərin spesifik formasıdır, bu, iki dövlət arasındakı münasibətlərin spesifikliyidir. Mümkün deyil ki, üçüncü vəziyyətə mexaniki olaraq daxil olsun. Bunun üçün Ermənistan başqa iqtisadi, geosiyasi reallıqlara, Avropa ilə sərhəddə olmalıdır və s. Adamlar deyəndə ki, biz İttifaq dövlətinə daxil olacağıq və bizi buna məcbur edəcəklər, əslində demək istəyirlər ki, biz Rusiyadan daha çox asılı olacağıq. Bu gün biz Belarusdan daha çox Rusiyadan asılıyıq”.


Müəllif: Nemət