Ermənistan Silahlı Qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandanı, general-mayor Qriqori Xaçaturov saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “168.am” məlumat yayıb.
Qeyd olunub ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsi Xaçaturovun həbsi ilə bağlı məhkəmədə vəsadət qaldıracaq.
Nəşrin məlumatına görə, hərbçi bir neçə gün əvvəl Milli Assambleyada Ermənistanın baş prokuroru Anna Vardapetyanın keçmiş müdafiə naziri, “Hayastan” fraksiyasının üzvü Seyran Ohanyana qarşı cinayət təqibinin başlanmasına icazə verilməsi ilə bağlı müraciətini müzakirə etdikdən sonra saxlanılıb.
Xatırladaq ki, 2021-ci ilin iyulunda Ermənistanın o zamankı prezidenti Armen Sarkisyan Qriqori Xaçaturovun Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Qeyd edək ki, Qriqori Xaçaturovun atası Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının baş katibi vəzifəsində işləyib.