Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, Sərkisyan dövlət büdcəsindən yarım milyard dram mənimsəməkdə ittiham olunur.
Sabiq prezident ittihamı qəbul etmir.
Bu iş üzrə digər təqsirləndirilən şəxslər “Flash” şirkətinin sahibi Barseq Beqlaryan və bu qurumun keçmiş əməkdaşı Gevorq Arutyunyandır. Həmin şəxslər də bu gün keçirilən məhkəmədə hakim qarşısına çıxarılıblar.
Xüsusi İstintaq Xidmətinin məlumatına görə, Serj Sərkisyan 2013-cü ildə Barseq Beqlaryanın təhriki, Samvel Qalstyan və Gevorq Arutyunyanın köməyi ilə dövlət büdcəsindən təxminən yarım milyard dram mənimsəyib.