22 Mart 2023 21:45
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və İran arasında siyasi məsləhətləşmələr keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüşdə Ermənistan XİN rəhbərinin müavini Vahan Kostanyan iranlı həmkarı Əli Bagiri Kaniyə Azərbaycanın ermənilrə guya təcavüz etdiyini bildirib.

Kostanyana görə, guya Azərbaycanın hərəkətləri üzündən Cənubi Qafqazda sülh səyləri mümkün olmur.

Qeyd olunur ki, Bagiri Ermənistan XİN rəhbəri Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da görüşüb.


Müəllif: Teleqraf.com