25 Mart 16:35
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bunu Ş.Mişel tviterdə yazıb.

O, Ermənistanın hökumət başçısı ilə regiondakı son durumu müzakirə etdiyini bildirib.

Aİ Şurasının Prezidenti Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinə kömək etməyə hazır olduğunu vurğulayıb.


Müəllif: Teleqraf.com