“Mənə qarşı heç bir siyasi və ya başqa hücum olmayıb”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan deyib.
“Mənə qarşı heç bir siyasi və ya başqa hücum olmayıb. Təəssüf ki, haqqımda yayılan yalan məlumatları təkzib etməliyəm. O ki qaldı “məlumat”ın yayılmasına, məncə, ən təəccüblü olanı kimin kimdən sitat gətirməsidir. Bununla maraqlanmıram”, - Paşinyan qeyd edib.
Dünən Ermənistan mediasında baş nazirinin oğlunun döyülməsi haqda məlumat yayılmışdı.