“Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh danışıqları ilə bağlı mütəmadi olaraq açıqlamalar verir”.
Teleqraf.com xəbər verir ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərin Ermənistan-Azərbaycan danışıqlarının hansı mərhələdə olması ilə bağlı suallarına konkret cavab vermədən belə deyib.
Mirzoyan sualı təkrarlayan jurnalistə “Sən ermənicə başa düşürsən?” cavabını verib.
Ermənistanın baş diplomatı Vaşinqton danışıqlarının nəticələri ilə bağlı sualı da cavabsız qoyub.