7 İyun 2023 12:12
1 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı əməliyyat-taktiki aviasiya bazasının MiQ-29 çoxfunksiyalı qırıcılarının pilotları təlim uçuşları keçiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə hərbi dairənin mətbuat xidməti məlumat yayıb.

Təlim uçuşlarında 120-dən çox hərbçi, 20-yə yaxın hərbi və xüsusi texnika, o cümlədən çoxfunksiyalı MiQ-29 qırıcıları iştirak edib.

Rusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının tibbi xidmətinin mütəxəssislərinin də xüsusi tibbi təlimdə iştirak edəcəyi açıqlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu