23 İyun 2023 12:22
1 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyan hakimiyyətinin ilk günlərindən kilsəyə və ruhanilərə əlcək atdı. İnqilabçıların hakimiyyəti dövründə Ermənistanda görünməmiş bir hadisə də baş verdi. “Yeni Ermənistan, Yeni Patriarx” şüarı ilə İrəvan küçələrində katolikos (II Qaregin) əleyhinə aksiyalar keçirərək onun istefasını tələb etdilər”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazır.

Nəşr xatırladır ki, Paşinyan hakimiyyətə gəldikdən bir il sonra kilsə adamlarını diz çökdürməklə hədələyib:

“Kilsənin daxili işlərinə qarışmırıq” deyəndə, bəzi kilsə üzvləri bundan belə nəticə çıxararaq deyirlər ki, bunlar əvvəlki hakimiyyətə bənzəmir, gəlin bu hakimiyyəti öz ayaqları altında məhv edək. Çox güclü əks-hücum görəcəklər, həm əsl, həm də məcazi mənada diz çökəcəklər”, - Paşinyan bildirib.

Kilsə ilə hökumət arasında münasibətlər xüsusilə 44 günlük müharibədən sonra pisləşib. Kilsə rəsmi olaraq Nikol Paşinyanın istefası tələbinə qoşularaq, onu məsuliyyəti öz üzərinə götürməyə və baş nazirin səlahiyyətlərini təhvil verməyə çağırıb. Katolikos II Qaregin ilk dəfə açıq şəkildə etiraf etdi ki, kilsə ilə Paşinyan hökuməti arasında fikir ayrılıqları var.

Kilsə-dövlət gərginliyi geridönməz həddə çatıb. Kilsə və hökumət nümayəndələri təkcə bir-birlərini açıq şəkildə ittiham və tənqid etmirlər, hətta hakimiyyət orqanları və kilsə dövlət tədbirlərində və dini bayramlarda iştirakdan yayınırlar.

Yeri gəlmişkən, kilsə öz nizamnaməsinə uyğun olaraq bidətçiləri, kilsəyə qarşı çıxanları lənətləyə, onları kilsə sıralarından çıxara bilər.

“Joqovurd” Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyana müraciət edərək, kilsənin bu durumda Nikol Paşinyana qarşı bu vasitədən istifadə etməsinin mümkün olub-olmadığını, bunun indi nə qədər tətbiq olunduğunu soruşub.

“Əvvəla, bunun 200 ildən çox yaşı var, kilsə ondan istifadə etmir. Bu, din adamları üçün əhəmiyyət kəsb edir. Əgər kilsə onlar üçün mənəvi hakimiyyət deyilsə, bu addım nəyi dəyişəcək? Yəni kilsə qadağa tətbiq etsə, bu, heç nəyi dəyişməyəcək. Bu, indi səmərəsiz və tətbiq olunmayan bir vasitədir”, - Acapaxyan deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər