11 İyul 2023 21:08
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Paşinyan rəsmi "Twitter" hesabından məlumat verib.

Paşinyan Blinkenlə telefon danışığı barədə yazıb:

"Dövlət katibi Blinken ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə davam edən danışıqlar, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün lazımi addımlar, həmçinin beynəlxalq iştirakla Bakı-Xankəndi dialoqunun vacibliyi kimi mühüm məsələləri müzakirə etdik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər