Ermənistanda Qarabağ müharibəsində iştirak edən 100-dən çox hərbçi hökumət binası yaxınlığında etiraz aksiyası keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Etirazçılar hökumət binası yaxınlığındakı Tiqran Mets prospektini bağlamağa cəhd ediblər.
Onlar Azərbaycanın Ermənistanla sərhəddə qurduğu nəzarət buraxılış məntəqəsinin ləğvini tələb edirlər. Keçmiş döyüşçülərin bəzisi Laçın yoluna doğru hücum edilməsini tələb ediblər.
Polis nümayişçilərə qarşı güc tətbiq etdib, saxlanılanlar var.