NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fellinger Ermənistanı alyansa üzv olmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
“Nikol Paşinyan, Ermənistanı NATO-ya üzv olmağa çağırıram. Co Bayden Ermənistanı qoruyacaq”, - Fellinger deyib.
Komitə sədri bundan əvvəl Ermənistanı KTMT-dən çıxmağa çağırmışdı.