25 Sentyabr 2023 22:22
6 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ədliyyə naziri Qriqor Minasyan Fransanın ölkəsindəki səfiri Olivye Dekotinini qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüş ümumi olaraq Azərbaycan əleyhinə müzakirələrlə yadda qalıb.

Nazir və səfir Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) Roma Statutunun ratifikasiyası prosesini və bu istiqamətdə mümkün əməkdaşlığı da müzakirə ediblər. Ermənistanda arbitraj mərkəzinin yaradılması prosesi və bu kontekstdə təcrübə mübadiləsinin mümkünlüyünə də toxunulub.

Roma Statutu artıq səsvermə üçün Ermənistan parlamentinin müzakirəsinə təqdim olunub. Baş nazir Nikol Paşinyan parlamentdən keçəcəyi təqdirdə sənədi imzalayacağını açıqlayıb. Rəsmi Moskva buna görə İrəvana xəbərdarlıq edib.

BCM bu ilin martında Ukrayna ilə münaqişəyə görə Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib. Rusiya lideri beynəlxalq məhkəməyə üzv dövlətlərdən hansısa birinə səfər edəcəyi təqdirdə həbs oluna bilər. Ermənistan Roma Statutunu təsdiqləsə, bununla bağlı üzərinə öhdəlik götürəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər