2 Noyabr 2023 20:42
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əgər anklavlar məsələsinin hüquqi əsası varsa, ikitərəfli razılaşmalarda qeydiyyata və xəritəyə alınıbsa, bu mövzu Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası çərçivəsində müzakirə ediləcək”.

Teleqraf.com xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, bunu ölkə parlamentinin sədr müavini Akop Arşakyan noyabrın 2-də jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hər iki tərəfin istifadə edə biləcəyi xəritələr mövcuddur.

“Ermənistan və Azərbaycan öz ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsinə aydınlıq gətirməli, bunu yazılı şəkildə qəbul etməlidir”, - Arşakyan vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər