15 Noyabr 2023 11:06
10 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa və Hindistandan alınan silahların işləyib-işləməyəcəkləri məlum deyil”.

Teleqraf.com xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan deyib.

Onun sözlərinə görə, 2022-ci ildən sonra Ermənistan Müdafiə Nazirliyi silahların alınması ilə bağlı çoxlu müqavilələr imzalayıb.

Vrtanesyan qeyd edib ki, bu müqavilələrin neçəsinin yerinə yetirildiyi, neçəsinin reallaşmadığı və neçəsinin heç vaxt reallığa çevrilməyəcəyi bəlli deyil:

“Təəssüf ki, silah tədarükü sahəsində imzalanmış müqavilələr həmişə reallığa çevrilə bilmir. Hakimiyyət orqanlarının silah əldə etməsi ilə bağlı açıqlamaları, dəbdəbəli elanları o qədər də böyük məna kəsb etmir. Ümumiyyətlə, silah tədarükü kifayət qədər mürəkkəb sahədir, koordinasiya olunmalıdır. Hindistandan bir neçə top, Fransadan bir neçə zirehli texnika, başqa yerdən başqa bir şey aldınız, sual yaranır: bütün bunlar birlikdə necə ahəngdar işləyəcək?”.

Hərbi ekspert xatırladıb ki, Ermənistan üç ildir heç bir böyük hərbi təlim keçirməyib, bu silahların döyüş əməliyyatları zamanı işlək olub-olmayacağı sual doğurur:

“Son vaxtlara qədər bizim Hindistandan böyük miqdarda döyüş sursatı gətirmək təcrübəmiz olmayıb, məsələ onların hərbi şəraitdə normal işləyib-işləməyəcəyidir. Ölkənin səlahiyyətli şəxsləri hərbi sərgilərdə iştirak edə bilmirlər, eksponatları göstərmək istəmirlər. Düşünmürəm ki, bu hakimiyyət Ermənistanın təhlükəsizliyini təmin etmək üçün çalışır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər