ABŞ-a işgüzar səfəri çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu ölkənin müdafiə nazirinin müavini Laura Kuperlə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə ikitərəfli müdafiə əməkdaşlığı ilə bağlı məsələlər və Cənubi Qafqazda sabitliyinin təmin edilməsi müzakirə olunub.
Söhbət zamanı ikitərəfli birgə proqramların həyata keçirilməsi, sülhməramlı fəaliyyət çərçivəsində əməkdaşlıq və iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.