5 Dekabr 2023 14:32
1 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn il Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, Baş nazir Nikol Paşinyanın bunda məqsədlərindən biri radikal müxalifəti, yəni “Qarabağ klanı”nı (rusiyapərəst qüvvələri) neytrallaşdırmaq və parlamentdən kənarlaşdırmaqdır:

“Rəsmi dairələrdə növbədənkənar parlament seçkilərinin həm də Qərbin tələbi olduğuna dair məlumat dolaşır. Nikol Paşinyan məhdud partiya toplantılarının birində qısa olaraq fövqəladə vəziyyət mövzusuna toxunub, gələn il seçkilərin keçirilə biləcəyini istisna etməyib.

Paşinyan anlayır ki, zaman iqtidarın əleyhinə işləyir: bir tərəfdən hakim “Vətəndaş Müqaviləsi” Partiyası nüfuzdan düşür, digər tərəfdən yeni müxalifət qüvvəsinin formalaşdırılması ehtimalı artır, ona görə də müxalifəti çaşdırmaq qərarına gəlib.

Qərb də öz növbəsində Paşinyandan “sədaqət andı” tələb edir ki, Ermənistan tez bir zamanda Rusiyadan qoparaq Avropaya tələsməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu