Ermənistanda silahdan istifadə etməklə vətəndaşların özünümüdafiə hüququ məsələsini qanunvericilik səviyyəsində həll etmək lazımdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentində “Silahların dövriyyəsi prosesinin tənzimlənməsi haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə layihənin müzakirəsi zamanı bu təşəbbüsün müəllifi, hakim partiyanın deputatı Vilen Qabrielyan deyib.
Onun iddiasına görə, təqdim olunan paket əsas qoruyucu funksiyası ilə yanaşı, atıcılıq idmanını inkişaf etdirmək məqsədi daşıyır.
Qanun layihəsi qəbul ediləcəyi təqdirdə Ermənistan vətəndaşları bir sıra tələblərə cavab verərsə, odlu silah gəzdirmək hüququ əldə edəcəklər.