12 Dekabr 2023 13:17
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin xarici siyasət xidmətinin sözçüsü Peter Stano Avropa Sülh Fondu vasitəsilə Ermənistana mümkün dəstəyin nədən ibarət olacağını açıqlayıb.

Teleqraf.com xəbər veror ki, Stano Ermənistanın ehtiyac və istəkləri nəzərə alınmaqla, dəstək məsələsinin birliyə üzv dövlətlər tərəfindən müzakirə olunduğunu deyib.

“Bu, səhra xəstəxanası, müdafiə avadanlıqları (və ya silahları – red.) ola, kiberhücumlara və dezinformasiyaya qarşı mübarizə imkanları da artırıla bilər. Spektr çox genişdir və Ermənistanın ən aktual ehtiyacları kimi müəyyən etdiyi şeyləri əks etdirərək, AB-nin nə etməli olacağına qərar vermək üzv dövlətlərdən asılıdır”, - AB rəsmisi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər