29 Dekabr 2023 15:51
5 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş müdafiə naziri Davit Kezeraşvilinin dayısı oğlu Mixail Benimini “qlobal çağrı mərkəzi” işi üzrə Ermənistanda həbs edilib.

Teleqraf.com xəbər verir ki, İsrail və Gürcüstan vətəndaşı olan Benimini Almaniya prokurorluğunun tələbi ilə saxlanılıb.

İstintaq onun şəbəkənin Albaniya bölməsini idarə etməsindən şübhələnir.

Benimini İsraildə 11.5 milyon dollar gəlirini gizlətmək iddiası ilə üzləşib. Bildirilir ki, o və həmkarları bu pulu 2007-2009-cu illərdə Gürcüstanın hərbi sektoruna verdiyi məsləhətlər müqabilində alıblar.

Kezeraşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri olub. 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsindən az sonra vəzifəsini tərk edərək biznes fəaliyyəti ilə məşğul olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər