Qərb Ermənistan Baş naziri Nikol Paşinyanı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla əvəzləmək istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
“Qərbin Armen Qriqoryanı Paşinyanın varisi kimi gördüyü barədə məlumat var. Paşinyan Rusiya meydanında qalmaqda davam etsə, Qriqoryanın bəxtinin açılacağı istisna edilmir”, - məlumatda deyilir.