“Orduda xidmətə hazırlığımız çatışmır, bəziləri xidmətdən yayınmağa çalışır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
Papikyan etiraf edib ki, 2023-cü il silahlı qüvvələr üçün ağır il olub.
"Hərbi xidmətə çağırışa gəlincə, bəli, narahatlıq doğuran problemlər var. Amma biz onları həll etməyə çalışırıq", - nazir deyib.
Papikyan hərbi universitetdə islahatların aparılmasını vacib sayıb.
O, yanvarda orduda “dedovşina” və qəzalar nəticəsində bir neçə hərbçinin öldüyünü qeyd edib.