8 Aprel 16:59
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 5-də Avropa Birliyi (AB) və ABŞ ilə Brüsseldə keçirilən görüşün mümkün nəticələri çox şişirdilmişdi.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Davit Aruşanyan deyib.

“İnsanlar naməlum səbəblərdən ayın 5-dən əvvəl və sonra həyatı iki yerə bölmüşdülər, gözləntilər şişirdilmişdi. Sadəcə çox vacib görüş idi, amma o görüşü apokalipsisə (qiyamətə) çevirmək və ondan əvvəl həyat olmadığını, görüşdən sonra olacağını və ya əksini demək yanlışdır”, - deputat bildirib.

Aruşanyan deputat həmkarları və digər hökumət üzvlərindən belə şişirdilmiş gözləntilər eşitmədiyini vurğulayıb.

Onun sözlərinə görə, sadəcə radikal müxalifət sonradan hökuməti ittiham qarşısında qoymaq üçün cəmiyyətdə şişirdilmiş gözlənti yaradıb.


Müəllif: Mənsur Rəğbətoğlu