13 Aprel 09:28
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hərbçiləri son sutkada ikinci dəfə qəzaya düşüblər.

Teleqraf.com xəbər verir ki, Ermənistanın Geğarkunik mərzində hərbçilərin olduğu “KamAZ” qəzaya uğrayıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. Hadisə nəticəsində iki hərbi qulluqçu yaralanıb. Torosyanın sözlərinə görə, hərbi qulluqçuların həyati təhlükəsi yoxdur.

Xatırladaq ki, aprelin 12-də Ermənistan hərbi qulluqçuları qəza keçirmişdi. Nəticədə 4 nəfər ölmüş, 20 nəfər yaralanmışdı.


Müəllif: Teleqraf.com