15 Aprel 16:19
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın Brüssel görüşü biabırçı uğursuzluqla nəticələndi.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Artur Xaçaturyan deyib.

“Paşinyanın Brüssel görüşü biabırçı uğursuzluqla nəticələndi. Baş nazir və dörd yüksək vəzifəli şəxs niyə ABŞ-nin ildə təxminən 15 milyon dollar və Avropa Birliyindən (AB) isə ildə 70 milyon avrodan da az vəsait ayırmasını müzakirə etmədi. Üç il əvvəl hətta 2.6 milyard avro təklif edilmişdi. Siyasi bəyanat da çox önəmlidir. Xatırladaq ki, əvvəllər hakimiyyət Ermənistanın Avropaya istədiyi qədər yaxın olmağa hazır olduğunu, Avropanın isə CEPA (Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi) elan etdiyini açıqlamışdı”, - Xaçaturyan bildirib.

Aprelin 5-də Brüsseldə Ermənistan baş naziri, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilib. Toplantıda AB və ABŞ-dən Ermənistana maddi yardım vədi verilib.


Müəllif: Mənsur Rəğbətoğlu